Rusiya və Ukrayna arasında gərginliyin artması fonunda Avstraliya Kiyevdəki səfirliyini təxliyə edir. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiya ilə Ukrayna arasında gərginliyin artması səbəbindən Avstraliya Kiyevdəki səfirliyini boşaltmağa qərar verib. Avstraliyanın xarici işlər naziri Marise Payne verdiyi açıqlamada Avstraliyanın Kiyevdəki səfirliyinin əməkdaşlarının Polşa sərhədindən təxminən 70 kilometr aralıda yerləşən Lvovdakı müvəqqəti ofisə yönləndirildiyini bildirib. "Biz avstraliyalılara Ukraynanı dərhal tərk etməyi məsləhət görürük", - nazir Peyn deyib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB