Jirinovskinin səhhətində irəliləyiş var

Jirinovskinin səhhətində irəliləyiş var

Koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəziyyəti ilə bağlı son açıqlama verilib.

SİA xəbər verir ki, belə ki, siyasətçinin bədən temperaturu və qanında oksigenin səviyyəsi normallaşıb.

Buna rəğmən V. Jirinovski bəzən hələ də oksigen maskası ilə nəfəs alır.

Qeyd edək ki, V. Jirinovski fevralın 9-u Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Bəzi məlumatlara görə, siyasətçinin ağciyərlərinin 50-70% zədələnib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Jirinovskinin özü səkkiz dəfə COVID-19-a qarşı peyvənd olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə