Kanada Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb

Kanada Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb

Kanada Ukraynada təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda bu ölkədəki səfirliyinin işini dayandırıb.

SİA xəbər verir ki, bu barədə xarici işlər naziri Melani Jolinin şənbə günü yaydığı bəyanatda deyilir.

“Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi ilə əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, (Kanada hakimiyyəti) Lvovda müvəqqəti nümayəndəlik təşkil edəcək və Kiyevdəki səfirliyin işini dayandıracaq”, – XİN rəhbəri bildirib. Jolinin sözlərinə görə, səfirliyin işi Ukraynada təhlükəsizlik vəziyyəti imkan verən kimi bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə