Kreml Putin və Bayden arasındakı söhbətin təfərrüatlarını açıqlayıb

Kreml Putin və Bayden arasındakı söhbətin təfərrüatlarını açıqlayıb

"Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Cozef Bayden bir saatdan çox danışıblar".

APA “RİA Novisti”yə istinadən xəbər verir ki bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

“Söhbət bir saatdan bir qədər çox çəkdi. Bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isteriya atmosferində keçdi”,-deyə Uşakov bidirib.

Rusiya liderinin köməkçisi bildirib ki, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.

Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasındakı söhbətin balanslaşdırılmış və işgüzar xarakter daşıdığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə