İsrail XİN vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb

İsrail XİN vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb

İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb,

SIA -nın məlumatına görə, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Kiyevdən Təl-Əvivə uçuşların sayını artırmaq üçün aviaşirkətlərlə danışıqlar aparılır.

“Davam edən gərginlik və eskalasiya qorxusu ilə əlaqədar Ukraynada yaşayan İsrail vətəndaşlarını mümkün qədər tez bir şəkildə ölkəni tərk etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, nazirliyin baş direktoru Alon Uşpizin rəhbərliyi ilə XİN-də xüsusi böhran qrupu yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə