Avstriyada koronavirus əleyhinə kütləvi etirazlar keçirilib

Avstriyada koronavirus əleyhinə kütləvi etirazlar keçirilib

Avtriyanın paytaxtı Vyanada cümə axşamı koronavirus məhdudiyyətlərinə etiraz əlaməti olaraq kütləvi etiraz aksiyaları keçirilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, aksiyalar, əsasən, avtoyürüş xarakteri daşıyıb.

Etirazçılar səs siqnallarından istifadə edərək tətbiq edilən məhdudiyyətlərə, hamçinin hakimiyyətin pandemiya ilə bağlı siyasətinə qarşı öz narazılıqlarını bildiriblər. Hazırda Avstriyada sərt koronvirus məhdudiyyətləri qüvvədədir.

Vaksinasiyadan keçməkdən imtinaya görə cərimə tətbiq edilir, peyvənd olunmamış insanlar üçün bir çox ictimai yerlərə giriş qadağandır.

Aksiya dinc şəkildə yekunlaşıb, heç bir qayda və asayiş pozuntusu qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə