Rusiya və Fransa liderləri arasında növbəti telefon danışığı baş tutacaq
Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında şənbə günü telefon danışığının baş tutacağı planlaşdırılır.
SİA xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Bundan əvvəl iki ölkə başçısı arasında telefon danışığının planlaşdırıldığı haqqında məlumatı Fransa tərəfi yaymışdır.
Xatırladaq ki, fevralın 8-də Putin və Makron arasında Moskvada görüş keçirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB