Bu ölkələr də vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib

Bu ölkələr də vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib

Niderland hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıb.

SİA xəbər verir ki, məlumata görə, oxşar tövsiyə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də verilib.

“Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya səfər etməməyi tövsiyə edir. Ukraynada olan Britaniya vətəndaşları kommersiya uçuşlarının mövcud olduğu bir vaxtda dərhal oranı tərk etməlidirlər”, – Britaniya mediası məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyi həmvətənlərini Ukraynanı dərhal tərk etməyə çağıran tövsiyə yayıb.Hazırda Ukraynada təxminən 150 yapon ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB