ABŞ Rusiya ilə təhlükəsizlik danışıqlarını davam etdirməyə hazırdır
ABŞ Rusiya ilə Avropanın təhlükəsizliyi məsələlərində danışıqları davam etdirməyə hazırdır.
SİA xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan cümə günü keçirilmiş brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya həqiqətən də diplomatik nəticələrə can atırsa, ABŞ tərəfi buna hazırdır.
"Biz konkret təkliflər vermişik. Avropalı tərəfdaşlar və Rusiya ilə qarşılıqlı fəaliyyət göstərməyə və Avropa təhlükəsizliyinin prinsip və parametrlərini müzakirə etməyə hazırıq", - C. Sallivan vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB