“Normand dördlüyü” formatında keçirilən görüş nəticəsiz başa çatıb

“Normand dördlüyü” formatında keçirilən  görüş nəticəsiz başa çatıb

“Siyasi müşavirlərin Berlində “Normand formatı”nda danışıqları nəticəsiz başa çatıb”.

SIA xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak bildirib.

Onun sözlərinə görə, doqquz saata yaxın davam edən danışıqlarda nəticə əldə olunmadı.

“Hazırda “Normand dördlüyü” sammitinin çağırılması məsələsi qaldırılmır, dövlət liderləri səviyyəsində müzakirə mövzusu yoxdur. Bu vəziyyətdə heç kim bu məsələni qaldırmağa belə cürət etmədi, çünki "Normand dödlüyü" formatının dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə