BMT: Terror təşkilatı DEAŞ güc toplamağa davam edir

BMT: Terror təşkilatı DEAŞ güc toplamağa davam edir

BMT Suriya və İraqda terror təşkilatı DEAŞ-ın 6-10 min üzvünün olduğunu bildirib.

SİA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrora Qarşı Mübarizə İdarəsinin direktoru Vladimir Voronkov, BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışında bu barədə danışıb.

DEAŞ-ın beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdə davam etdiyinə diqqət çəkən Voronkov, terror təşkilatının keçmişdə ağır itki verməsinə baxmayaraq yenidən güc toplayaraq münaqişə bölgələrində fəaliyyətini artırdığını, hazırda Suriya və İraqda 6-10 min DEAŞ üzvünün olduğunu, bu terror təşkilatı yanındakı digər qruplaşmaların da sürətlə güc toplamağa davam etdiyini, xüsusilə Mərkəzi, Şərqi və Qərbi Afrikada effektivliklərini artırdıqlarını vurğulayıb.

BMT-nin baş katibi Antonio Quterreşin terror təşkilatı DAEŞ ilə əlaqəli hesabatında isə terror təşkilatının illik 25 ilə 50 milyon dollar arasında gəlir əldə edəcək mənbəyə sahib olduğuna diqqət çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə