Yaponiyada keçirilən sumo güləşi turnirindən sonra idmançılar və rəsmilər də daxil olmaqla 252 nəfərin Covid-19-a yoluxduğu açıqlanıb. SİA xarici mətbuata istinadən bildirir ki, Yaponiyada yayılan Covid-19 epidemiyası ölkənin ənənəvi idman növü olan sumo güləşinə də təsir edib.
Keçirilən bir turnirdən sonra idmançılar və rəsmilər də daxil olmaqla 252 nəfərin Covid-19-a yoluxduğu təsdiqlənib. Yaponiya Sumo Dərnəyinin verdiyi açıqlamada bütün üzvlərinin ehtiyat məqsədi ilə PCR testinə məruz qaldığı bildirilib, 252 idmançı və məmurun heç birinin səhhətində ciddi problem olmadığı qeyd edilib.
Yaponiya Sumo Assosiasiyası həmçinin mart ayında Osakada keçiriləcək növbəti turnirdən əvvəl mütəxəssislərin göstərişindən asılı olaraq Covid-19 epidemiyasına qarşı tədbirlərin artırılacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB