Koronavirusdan daha ölümcül virus gəlir – İngiltərədə həyəcan təbili
Bütün dünya artıq 2 ildir ki, koronovirusdan əziyyət çəkir. SİA xarici mətbuata istinadən xəbər verir ki, virusla mübarizənin hələ də davam etdiyi belə bir vaxtda İngiltərədə həyəcan təbili çalındı. İngilis mətbuatında yayılan xəbərlərdə bildirilir ki, 2 nəfərə Ebolaya bənzər nadir bir virus olan Lassa diaqnozu qoyulub. Səhiyyə rəsmiləri sözügedən şəxslərin virusu başqa birinə yoluxdurma ehtimalının ola biləcəyini və araşdırmalar aparıldığını açıqlayıb.

Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyindən bu virusun insandan insana yoluxma ehtimalının az olduğunu və xəstələrin əksəriyyətinin tam şəkildə sağaldığı bildirilib. Daşıyıcıların isə virusun geniş yayıldığı Qərbi Afrikadan ölkəyə yeni gələn ailənin olduğu güman edilir.

Qeyd edək ki, Lassa virusu Qərbi Afrika coğrafiyasında çox görülən və kəskin şəkildə inkişaf edərək ölümcül ola bilən xəstəlikdir. 1969-cu ildə Nigeriyada işləyən iki tibb bacısının ölümünə səbəb olduqdan sonra qərb dünyasının diqqətini çəkmişdir. Sözügedən tibb bacılarının Nigeriyada yaşadıqları şəhərin adı Lassa olduğundan bu virus “Lassa virusu” olaraq qəbul edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB