Aralıq dənizində sahilə yuvarlanan 323 bağlama açılanda içərisində sirr aşkarlanıb və hər birinin çəkisi 250 qram olan bağlamaların üzərindəki fotoşəkillər diqqət çəkib. SİA xarici mətbuata istinadən bildirir ki, Liviyada Pablo Eskobarın şəkilləri olan yüzlərlə paket sahilə tökülüb. Rusiyanın muzdlu qruplaşması “Vaqner”in meydanda olduğu Şimali Afrika ölkəsi Liviyada sahilə çıxan bağlamalar bütün dünyada rezonans doğurub.
Liviya polisi ələ keçirilən 323 narkotik paketinin üzərində Rusiya lideri Vladimir Putinin fotoşəkillərinin tapıldığını açıqlayıb. Narkotik daşıyan qayığın batması zamanı marixuana paketləri sahilə yan alıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB