Rəisi Ərdoğana tezliklə sağalmasını arzulayıb

Rəisi Ərdoğana tezliklə sağalmasını arzulayıb

İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdğan arasında telefon danışığı baş tutub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, telefon danışığı zamanı İran Prezidenti R.T.Ərdoğana tezliklər sağalmasını arzulayıb.

Xatırladaq ki, fevralın 5-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi "Twitter" hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştammına yoluxduğunu bildirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə