Prezidentlər arasındakı görüş 5 saatdan çox davam edib

Prezidentlər arasındakı görüş 5 saatdan çox davam edib

Moskvada Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında görüş başa çatıb.

SİA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Putin-Makron danışıqlarının beş saatdan çox davam etdiyini söyləyib.

Kremlin sözçüsü prezidentlərin mətbuat konfransına hazırlaşdıqlarını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə