İdlibə 20 yük maşını ilə humanitar yardım çatdırılıb

İdlibə 20 yük maşını ilə humanitar yardım çatdırılıb

Suriyanın İdlib bölgəsindəki çadır şəhərciklərdə yaşayan ehtiyacı olanlara 20 yük maşını yorğan, ədyal və yanacaq yardımı çatdırılıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Mərkəzi ofisi Bolqarıstanda yerləşən "Margarity" yardım dərnəyi ilə Türkiyənin Hatay şəhərində fəaliyyət göstərən "SAR" yardım dərnəyi tərəfindən Suriyanın İdlib bölgəsindəki çadır şəhərciklərdə yaşayan ehtiyacı olanlara 20 yük maşını yorğan, ədyal və yanacaq yardımı çatdırılıb.

"SAR " yardım dərnəyinin sədri Məhəmməd Kindavi sərt qış şəraitində yaşamağa çalışan suriyalıların hər zaman yanlarında olduqlarını, artan ehtiyaclarını bacardıqca ödəməyə səy göstərdiklərini söyləyib.

Kindavi İdlibdə yaşayan insanların ağır qış şəraitindən mənfi təsirləndiyini və sığınacaq, qidalanma və sağlamlıq kimi bir çox insani haqlardann məhrum olduqlarını bildirib.

Hər zaman suriyalıların yanında olmağa və onlara əl uzatmağa çalışacaqlarını ifadə edən Kindavi "Hataydan yola düşən və içində 1000 ədyal, 1000 yorğan ilə yanacaq maddə kimi istifadə olunan 20 tondan ibarət pirinanı daşıyan 20 yük maşınını İdlibdə çadır şəhərciklərdə yaşayan ehtiyacı olanlara çatdırdıq. Yardımlarımız bundan sonra da davam edəcək" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə