Gürcüstanda 19 098 nəfərdə COVID-19 aşkarlanıb

Gürcüstanda 19 098 nəfərdə COVID-19 aşkarlanıb

Gürcüstanda ötən sutkada koronavirusa 19 098 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Saqlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da indiyədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 314 603-ə, ölənlərin sayı isə 15 212-yə çatıb.

Son bir gündə 17 531, ümumilikdə isə 1 089 091 nəfər müalicə olunaraq sağalıb.

Bu günə olan aktiv xəstə sayı 210 274-dür.

Bütün xəbərlər Facebook səhifəmizdə