Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

‘‘Sülh çeşmәsi’’ vә ‘‘Zeytun budağı’’ әmәliyyatlarının keçirildiyi bölgәlәrdә separatçı terror tәşkilatı PKK/YPG-nin 14 üzvü zәrәrsizlәşdirilib.

SİA xəbər verir ki, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumatda bildirilib ki, Türkiyә Silahlı Qüvvәlәri ‘‘Sülh çeşmәsi’’ vә ‘‘Zeytun budağı’’ әmәliyyatlarının keçirildiyi bölgәlәrdә separatçı terror tәşkilatı PKK/YPG-nin 14 üzvünü zәrәrsizlәşdirib.

Türkiyә Silahlı Qüvvәlәri Suriyanın şimalında 2016-cı ilin 24 avqust ayı ilә 2017-ci ilin 29 mart ayları arasında ‘‘Fәrat qalxanı’’, 2019-cu ildә isә ‘‘Sülh çeşmәsi’’ әmәliyyatlarını hәyata keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə