Çin prezidenti Si Cinpin sentyabrda Qazaxıstana rəsmi səfər edəcək. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Qazaxıstan Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, prezident Kasım-Jomart Tokayev 2022 Qış Olimpiya Oyunlarının açılış mərasiminә qatılmaq üçün Çinә sәfәr edib. Kasım-Jomart Tokayev Çinә etdiyi sәfәçәri çivәsindә bu ölkәnin prezidenti Si Cimpinlә görüşüb.
Qazaxıstan və Çin strateji əməkdaşlığının müzakirə edildiyi görüşdə tərəflər beynəlxalq gündəm әtrafında fikir mübadiləsi aparıblar.
Kasım-Jomart Tokayev Si Cimpinә ölkəsindəki vəziyyətin sabitləşdirilməsi üçün verdiyi dəstəyə görә tәşәkkür edib.
Qazaxıstan və Çin arasında diplomatik әlaqәlәrin qurulmasının 30-cu ildönümündə strateji tərəfdaşlıq üçün möhkəm zəmin yaradıldığını qeyd edən Kasım-Jomart Tokayev iki ölkə arasındakı əməkdaşlığın əbədi olduğunu qeyd edib. İkitərəfli münasibətlərdə yeni uğurlar əldə etmək üçün Çinlə sıx əməkdaşlığa hazır olduğunu vurğulayan Kasım-Jomart Tokayev Çin liderini sentyabrda Qazaxıstana dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB