2022-ci ilin yanvar ayı ərzində Türkiyə təhlükəsizlik qüvvələri 47 terrorçunu zərərsizləşdirib.
SİA xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəsmisi İsmayıl Çataklı bildirib.
Terrorçulardan 34-ü sağ ələ keçirilib, 13-ü isə könüllü təslim olub. Onlardan 38-i PKK, 8-i İŞİD, 1-i solçu terror təşkilatlarının fəaliyyətində iştirak edib.
Məlumata görə, yanvar ayı ərzində Türkiyədə beş terror aktının qarşısı alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB