Böyük Britaniyanın baş naziri Boris Conson və Almaniya kansleri Olaf Şolz telefon danışığında Ukrayna-Rusiya böhranını müzakirə ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson və Almaniya kansleri Olaf Szcholz telefonla danışıb. İngiltərə baş nazirliyindən verilən yazılı açıqlamada Conson və Şolzun görüşdə Ukrayna-Rusiya böhranını müzakirə etdiyi, Consonun Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə görüşləri barədə Şolz-a məlumat verdiyi bildirilib. Liderlərin Rusiya ilə dialoqun əhəmiyyəti mövzusunda həmfikir olduqları ifadə edilən bəyanatda Conson və Şolzun gərginliyi sona çatdırmaq üçün bütün diplomatik kanallardan istifadə etməyə qərar verdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB