Haitidə daşqınlar nəticəsində 6 nəfər ölüb

Haitidə daşqınlar nəticəsində 6 nəfər ölüb

Haitinin şimalında yağan güclü yağışlar nəticəsində azı 6 nəfər daşqınların qurbanı olub.

SİA bu barədə rus mətbuatına istinad edir.

Ən azı daha bir nəfərin itkin düşdüyü bildirilir. Daha əvvəl 3 nəfərin öldüyü xəbər verilib.

Bundan əvvəl ölkə hakimiyyəti Şimal, Şimal-Şərq və Nipp departamentlərində 20-yə yaxın kommunanın qismən su altında qaldığını bildirilib. Qeyd edilir ki, təbii fəlakət zamanı 2 578 ev su altında qalıb, 2 500-ə yaxın ailə müvəqqəti sığınacağa ehtiyac duyur.

Bütün xəbərlər Facebook səhifəmizdə