ABŞ hərbçilərinin Şərqi Avropada yerləşdirilməsinə başlanılıb

ABŞ hərbçilərinin Şərqi Avropada yerləşdirilməsinə başlanılıb

ABŞ Ukrayna ətrafındakı vəziyyətə cavab tədbirləri çərçivəsində Avropaya əlavə hərbçilərin daşınmasına başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, 2 000 nəfərlik kontingent Şimali Karolinadakı hərbi bazadan “C-17 Globemaster” təyyarəsi ilə uçub.

ABŞ ordusunun əsas hissəsinin Polşada, qalan hissəsinin isə müvəqqəti olaraq Almaniyada yerləşdiriləcəyi bildirilir.

Bundan əvvəl Pentaqon Amerika qüvvələrinin Avropaya mümkün köçürülməsi halında daha bir neçə min əsgərin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bəyan edib. Prezident Cozef Bayden daha çox qoşunun göndərilməsini rəsmən təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə