Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermak ikinci dəfə koronavirusa yoluxduğunu, lakin işini davam etdirdiyini bildirib. SİA xəbər verir ki, Yermak bu barədə cümə axşamı Facebook-da yazıb.
Qeyd edək ki, Yermak artıq 2020-ci ilin noyabrında koronavirusa yoluxmuşdu və indi o yenidən yoluxub.
"Koronavirus hələ də çox məkrlidir. Bu gün testim müsbət oldu. Çox vaxt keçdi, amma dayanmadan işləməyə davam edirəm. Gələn həftə çox vacib olacaq, ona görə də geri qayıtmaq üçün əlimdən gələni edəcəyəm və ən intensiv müalicədən keçəcəyəm ki, mümkün qədər tez ayağa qalxım”, deyə Yermak yazıb.
Xatırladaq ki, yanvarda “Normandiya dördlüyü”nün (Almaniya, Rusiya, Fransa, Ukrayna), o cümlədən Yermakın siyasi məsləhətçiləri müxtəlif tərkiblərdə danışıqlar aparıb. Yeni belə görüşün də gələn həftə Berlində baş tutacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB