ABŞ Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək

ABŞ Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək

Vaşinqton yaxın zamanda Almaniyadan Rumıniyaya minə yaxın, həmçinin ABŞ-dan Almaniya və Polşaya ümumilikdə 2 minə yaxın hərbçi göndərmək niyyətindədir.

SİA-nın məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət NATO-nun şərq hissəsində müdafiə imkanlarını gücləndirməyi tələb edir.

"Prezident Cozef Bayden ABŞ-ın Avropanın təhlükəsizliyinə və sabitliyinə qarşı artan təhlükəyə cavab verəcəyini açıq şəkildə bildirib. Bizim NATO-nun (Şimali Atlantika Müqaviləsinin - red.) 5-ci maddəsinə və kollektiv təhlükəsizliyə sadiqliyimiz sarsılmaz olaraq qalır. Bu öhdəliklərin bir hissəsi olaraq və bir sıra gözlənilməz vəziyyətlərə hazırlaşmaq üçün ABŞ tezliklə Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək", - deyə mətbuat katibi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə