Braziliyada torpaq sürüşməsi baş verib

Braziliyada torpaq sürüşməsi baş verib

Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 19 nəfər ölüb. SİA xarici mətbuata istinadən bildirir ki, Braziliyada ölkə daxilində yağan güclü yağış San-Paulu əyalətində torpaq sürüşməsinə səbəb olub. San-Paulu əyalətinin 10 şəhərində güclü yağışlardan sonra baş verən torpaq sürüşmələri nəticəsində 19 nəfər həyatını itirib, ən azı 9 nəfər yaralanıb, 500-ə yaxın insan evlərindən təxliyə edilib.

Qeyd edək ki, San-Paulu qubernatoru Joao Doria vertolyotla zədələnmiş ərazilərdə yoxlamalar apararaq, yağışdan təsirlənən 10 şəhərə 15 milyon real (təxminən 2,8 milyon dollar) bağışlanacağını açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə