Türkiyədə avtobus dərəyə aşıb, 25 nəfər yaralanıb

Türkiyədə avtobus dərəyə aşıb, 25 nəfər yaralanıb

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu dərəyə aşıb.

SİA-nın əldə etdiyi məlumata görə, qəza nəticəsində 25 nəfər xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan 3 nəfərinin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə