ABŞ qoşunları çıxsın - RUSİYA TƏLƏB ETDİ

Rusiya Suriyadan bütün qanunsuz xarici qüvvələrin çıxarılmasını tələb edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri BMT TŞ-nin iclasında Rusiyanın bu qurumdakı nümayəndəliyinin sədr müavini Dmitri Polyanski deyib: “Suriyada qanunsuz yerləşən bütün xarici qüvvələrin dərhal çıxarılmasını tələb edirik. ABŞ terrorizmlə mübarizədə nəinki qlobal, lokal miqyasda da bacarıqsız olduğunu göstərib. İŞİD-çilərin Hasekə şəhərindəki türməyə hücumu bunu bir daha nümayiş etdirdi”.

Qeyd edək ki, kürd qruplaşmalarının nəzarətində olan türməyə İŞİD-in hücumu nəticəsində terrorçuların türmədən qaçdığı haqda məlumat yayılıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə