Səudiyyə Ərəbistan Kəbəni metakainat üçün açdı

Səudiyyə Ərəbistan Kəbəni metakainat üçün açdı

Milyonlarla müsəlmanın zəvvar olaraq hər il ziyarət etdiyi müqəddəs torpaqlar Metakainat üçün açılıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının simulyasiyasını virtual aləmə daxil edib. Bundan sonra müsəlmanlar müqəddəs yerlərə getmədən Hacər-ül Əsvəd daşını (qara daş) görüb ona toxuna biləcəklər. Onlar hətta ətraf mühitin qoxusunu da hiss edəcəklər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə