Dünyanın ən yaşlı qorillası dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Atlanta zooparkının sakini "Ozzie" adlı 61 yaşlı qorilla dünyasını dəyişib. 61 yaşlı "Ozzie" dünyanın ən yaşlı kişi qorillası tituluna sahib idi.
Qeyd edək ki, bir müddətdir səhhətinin yaxşı olmadığı müşahidə edilsə də, təxminən 160 kiloqram olan "Ozzie"nin ölüm səbəbi hələlik məlum deyil. ABŞ mətbuatının yazdığına görə, onun Kovid-19-dan öldüyü də araşdırılacaq.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB