İstanbul hava limanı güclü qar səbəbindən yanvarın 26-sı saat 12:00-a qədər (Bakı vaxtı) bağlı qalacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin "Twitter" səhifəsində deyilir.
"İstanbul Hava Limanının 16L/34R, 17L/35R, 17R/35L və 16R/34L uçuş-enmə zolaqlarının bağlı qalma müddətinin 26 yanvar 2022-ci il saat 11:00-a qədər davam etdirilməsi ilə bağlı NOTAM (bildiriş - red.) dərc edilib", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, hava limanı yalnız prioritet uçuşları və daha əvvəl alternativ aerodromlara yönləndirilmiş uçuşları qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB