İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır
İran ABŞ-la birbaşa danışıqlara hazırdır, lakin bunun üçün Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İran Prezidenti İbrahim Rəisi xalqa müraciətində deyib.
"Bu günə qədər birbaşa danışıqlar aparılmayıb. Lakin bu gün biz deyirik ki, əgər qarşı tərəf repressiv sanksiyaları ləğv etmək niyyətindədirsə, deməli, danışıqlar üçün yer var", - deyə İran Prezidenti bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB