Covid-19-a yoluxma sayında yeni rekorda imza atıb - RUSİYA

Rusiyada son 24 saatda 67 809 yeni Covid-19 hadisəsi aşkar edilərək, epidemiya başlayandan bəri qeydə alınan ən yüksək gündəlik yoluxma sayına çatıb. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiya covid-19 ilə mübarizəni davam etdirir.

Ölkədə son 24 saatda aşkarlanan 67 min 809 Covid-19 hadisəsi ilə rekord qıran Rusiya epidemiya başlayandan bəri aşkar edilən ən yüksək gündəlik yoluxma sayına çatıb. Son məlumatlarla ölkədə ümumi yoluxma sayı 11 milyon 241 min 109 olub.

Son 24 saatda 681 nəfər həyatını itirərkən ölkədə cəmi can itkisi 327 min 448-ə yüksəlib. Sağalanların sayının 26 min 404 nəfər olduğu Rusiyada ümumi sağalanların sayı 10 milyon 71 min 740 nəfərdir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...