Keçmiş Papa yalan ifadə verdiyini etiraf etdi

Keçmiş Papa XVI Benedikt Almaniyada uşaqların cinsi istismarı ilə bağlı aparılan istintaqda yalan ifadələr verdiyini etiraf edib. 2013-cü ildə istefa verən keçmiş Papa XVI Benedikt Almaniyada Münhen arxiyepiskopu vəzifəsində işlədiyi 1977-1982-ci illərdə uşaqlara təcavüzdə ittiham olunan din xadimlərinə göz yummaqda günahlandırılır. Bu ittiham, alman hüquq firması “Vestpfahl Spilker Vastl”ın katolik kilsəsinin göstərişi ilə sui-istifadə hallarını araşdıran hesabatında yer alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçən həftə açıqlanan hesabatda, Papa olmadan əvvəl Papa kimi tanınan Cozef Ratzinqer, Münhen Baş Yepiskopluğu olduğu müddətdə 4 təcavüz hadisəsində günahlandırılıb.

1000-dən çox səhifəlik hesabatda Ratzinqerə qarşı irəli sürülən ittihamlar arasında onun 1980-ci ildə uşaqlara təcavüzdə ittiham olunan bir keşişlə bağlı görüşdə iştirakı da var. Məlumata görə, bu görüşdə Essen şəhərində xidmət edərkən 11 yaşlı uşağa təcavüz etməkdə günahlandırılan keşiş Peter Hullermanın Münhen yeparxiyasına köçürülməsinə qərar verilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə