Rusiya Aleksey Navalnını terrorçu elan edib

Rusiya müxalifətinin lideri Aleksey Navalnı və əqidədaşları "terrorçu, ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar, fiziki şəxslər siyahısı"na salınıb.

SİA xəbər verir ki, müvafiq qeyd Maliyyə Monitorinqi üzrə Federal Xidmətin reyestrində əlavə edilib.

Rusiya qanunvericiliyinə əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və xidmətlərini dayandırır.

Qeyd edək ki, 45 yaşlı siyasətçi 1 ildən çoxdur həbsdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə