Rusiyanın Avropa təhlükəsizliyinə birbaşa təsir edəcək təkliflərini açıq şəkildə rədd edən NATO müttəfiqlərin təhlükəsizlik və müdafiə potensialını artırmaq üçün əks addımlar atmağa başlayıb. Bolqarıstan və Rumıniya kimi ölkələrdən xarici hərbi ünsürlərin çıxarılmasını tələb edən Moskvanın yanaşmasını “qəbuledilməz” kimi xarakterizə edən NATO, əsgər, silah və ya texnika cəlb etməkdən uzaq, bu ölkələrin müdafiə və çəkindirmə gücünü artırmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu çərçivədə şərq cinahda yerləşən ölkələrdə hava, dəniz və quru elementləri artır. Baltikyanı respublikalardan Danimarkadan Litvaya 4 F-16 qırıcısı gedəcək.
Danimarka da Baltik dənizində freqat yerləşdirir. Hollandiya aprel ayından Bolqarıstanda iki F-35 döyüş təyyarəsi yerləşdirəcək. Bu ölkə həmçinin NATO Cavab QQüvvələrin töhfə verməyə hazır bir döyüş gəmisi və quru qoşunlarını saxlayacaq. Fransa NATO komandanlığı altında Rumıniyaya qoşun yeridəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB