Bayden mobil telefonundan hələ də tam istifadə edə bilmir?

Bayden mobil telefonundan hələ də tam istifadə edə bilmir?

ABŞ Prezidenti Cozef Bayden mobil telefonundan istifadə zamanı çətinlik çəkdiyini etiraf edib və problemlərin həllində qızının ona kömək etdiyini bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Cozef Bayden qiymət endirimi tədbirində xüsusən elektron mallar kontekstindəki səylərdən danışıb. ABŞ Prezidentinin sözlərinə görə, bəzi iri smartfon istehsalçıları artıq istifadəçilərə cihazları özləri təmir etməyə imkan verir, belə imkanlar yaradır.

“Bunu necə edəcəyimi bildiyimə əmin deyiləm. Telefonla bağlı hər hansı problemim olanda qızıma zəng edirəm”, – Bayden deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə