Pandemiyanın Almaniya iqtisadiyyatına vurduğu ziyan

Pandemiyanın Almaniya iqtisadiyyatına vurduğu ziyan

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına 350 milyard avro ziyan vurub.

SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat İnstitutu məlumat yayıb. Alman istehlakçılarının son 2 ildə 270 milyard avro az vəsait xərclədiyini hesablayan İnstitut bunun ölkədə adambaşına təxminən 3 min avroya bərabər olduğunu ifadə edib. Almaniyada şirkətlər pandemiya zamanı iqtisadi fəaliyyətlərini məhdudlaşdıraraq təxminən 60 milyard avro az sərmayə qoyublar. Buna baxmayaraq, dövlət xərcləri və ixrac epidemiyanın ikinci ilində Almaniya iqtisadiyyatını qismən dəstəkləyib.

Ölkə iqtisadiyyatında epidemiyanın gətirdiyi itkilər qarşıdakı aylarda da davam edəcək. Belə ki, bu ilin ilk rübündə 50 milyard avro itki olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə