İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 10 milyonu ötüb.
SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 77 min 696 nəfər artaraq ümumilikdə 10 milyon 1344-ə yüksəlib. COVID-19-un qurbanlarının sayı 352 nəfər artaraq 143 min 875-ə çatıb.
Son 24 saatda 519 min 293 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı isə 2 milyon 709 min 857 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 1685 nəfər, virusdan sağalanların sayı 102 min 363 nəfər artaraq 7 milyon 147 min 612 olub.
Bütün xəbərlər Facebook səhifəmizdə