Donald Trampın təhqiqatı ilə bağlı flaş iddia yarandı

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı qızı, yazıçı Meri Tramp deyir ki, əmisi korrupsiya araşdırmasında qızı İvankanı öz xeyrinə “qorumağı dayandıra bilər”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bazar günü MSNBC-yə danışan Meri Tramp Donald Trampın övladlarını Trump şirkətlərinə qarşı korrupsiya istintaqında qorumaq üçün səy göstərməyəcəyini söylədi. “Donald uşaq kartından uşaqlarını qorumaq üçün istifadə etmir. O, bunu özünü qorumaq üçün edir, çünki bilir ki, övladlarının həqiqətən də zərərli məlumatı var”, - Meri Tramp bildirib.

Meri Tramp əlavə edib ki, o, qızı İvankanın hazırda “uzun müddətdə ona nəyin kömək edəcəyini hesabladığını” düşünür. Meri Tramp, “İvanka bilir ki, hər şeyin doğru tərəfində olmalıdır. Əks halda o, atasının müttəfiqi olaraq qalacaq və bunun necə nəticələnəcəyini görməli olacaq. O, çox pis vəziyyətdədir, çünki anlaya bilir ki, əgər Donald lazım olduğunu hiss edirsə, o, onu müdafiə etməyi dayandıracaq. Donald bunun öz maraqlarına uyğun olduğuna inanırsa, əgər bunun ona kömək edəcəyinə inanırsa, bunu edə bilər. Çünki onu maraqlandıran yeganə şey budur” deyib. Meri Tramp həmçinin bildirib ki, İvanka Tramp Amerika xalqının “layiq olduğu” məlumatlara malikdir və könüllü olaraq 6 yanvar paneli ilə əməkdaşlıq etməlidir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə