Qadınlar və qızlar üçün yeni qərar verildi - DİQQƏT!

ABŞ və NATO-nun ölkədən çıxması ilə ölkənin idarəçiliyini ələ keçirən Taliban aylardır əfqan qadınları və qız uşaqları üçün verdiyi qərarlarla, xüsusilə təhsil-müəllim həyatına vurduğu zərbələrlə gündəmə çevrilib. SİA xarici mətbuata istinadən bildirir ki, beynəlxalq aləmdə özünü təsdiq etməyə çalışan Taliban bu məsələ ilə bağlı aldığı yeni qərarını açıqlayıb.

Əfqanıstan mədəniyyət nazirinin müavini və Talibanın elçisi Zabihullah Mücahid mart ayından etibarən qadın və qızların yenidən məktəblərə gedə biləcəklərini açıqlayıb. Mücahid məktəblərin martın 21-də açılacağını açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə