Gələn turistin çantasını oğurladılar

İndoneziyalı turist ayaqqabı almaq üçün mağazaya girib. SİA xarici mətbuata istinadən xəbər verir ki, burada ayaqqabılarını geyinməyə cəhd edərkən çantasını yanına qoyub.

Bu zaman iki uşaq içəri girib. Oğlanlardan biri qadının çantasını götürərək dostu ilə birlikdə qaçıb. Hadisəni görən mağaza işçiləri polisə müraciət edib. İndoneziyalı qadın polisə bildirib ki, çantada 20 min dollar və mobil telefon olub. Polis qrupları, çantanı oğurlayan 14 yaşında olan uşaqlar nəzarətə alınıb. Əməliyyat zamanı indoneziyalı turistin oğurlanmış mobil telefonu da tapılıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə