Regional seçkilərin qalibi müxalifət partiyası olub

Finlandiyada keçirilən ilk regional seçkilərdə bütün səslər hesablandıqdan sonra 21,6 faiz səslə müxalif Koalisiya Partiyası qalib gəlib.

APA xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin ən böyük şəhəri - Helsinki, eləcə də Aland adaları seçkilərdə iştirak etmir.

Seçki məntəqələri bazar günü Bakı vaxtı ilə saat 22-də bağlanıb. Seçicilərin 26,4 faizi əvvəlcədən səs verib. Seçkilərdə 47,5 faiz seçici iştirak edib.

Qeyd edək ki, Milli Koalisiya Partiyası 21,6% (müxalifət), hakim Finlandiya Sosial Demokrat Partiyası - 19,3%, daha sonra "Finlandiya Mərkəzi" (hökumət koalisiyasının bir hissəsi) - 19,2 faiz və "Əsl Finlər" - 11,1 faiz" səs qazanıblar.

Qalan partiyalar 10 faizdən az səs toplayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə