Ermənilər indi də müdafiə naziri barədə araşdırma tələb edirlər

Ermənistanın müdafiə naziri Suren Papikyanın dəbdəbəli, məmurun aylıq maaşı ilə uzlaşmayan toy mərasimi bu ölkənin ictimai xadimləri, sadə vətəndaşları arasında geniş rezonans doğuraraq narazılıq yaradıb. Bir sıra ictimai şəxslər müdafiə nazirinini gəlirləri ilə bağlı araşdırmaların aparılması zəruriliyinə diqqət çəkiblər.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, toy mərasimi isə Qaqik Sarukyanın ailəsinə məxsus “Firon” restoran kompleksində baş tutub. Toyun aparıcısı “bahalı” tamada kimi tanınan Xoren Lonyan olub. Qeyd edilir ki, o, toy mərasimlərində 10-15 min ABŞ dollarına tamadalıq edir.

Mərasimdə Baş nazir Nikol Paşinyan və xanımı da iştirak edib, qonaqların ümumi sayı 500 nəfəri keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...