Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Planlaşdırma və Maliyyə Nazirliyindən bildiriblər.

"Cənubi Koreya hökuməti ABŞ Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon dollar məbləğində BMT-yə borcunu ödəyib", - deyə məlumat deyilir.

Qeyd edilir ki, ödəniş Cənubi Koreya banklarında İranın dondurulmuş vəsaitləri hesabına edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...