Aİ rәsmisi Vyanada İranla aparılan danışıqları qiymәtlәndirib

Aİ rәsmisi Vyanada İranla aparılan danışıqları qiymәtlәndirib

Avropa İttifaqının yüksək vәzifәli rəsmisi Avstriyanın paytaxtı Vyanada İranla aparılan danışıqların müsbәt istiqamətdə irәlilәdiyini və yekun razılığın əldə oluna biləcəyini bildirib.

SİA xəbər verir ki, bir sıra məsələlərdə “kiçik” irəliləyiş əldə olunduğunu qeyd edən Aİ rəsmisi deyib: “Yekun razılığın әldә olunması üçün müsbәt istiqamәtdә irәlilәdiyimizi düşünürәm. Müqavilənin mahiyyətindən daha çox, mənim zamanla bağlı narahatlığım var. Çox yavaş irәlilәdiyimizi ancaq yenә dә gec-tez razılığın әldә olunacağını düşünürәm''.

Qeyd edәk ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə Vyanada aparılan danışıqlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə