Tonqada tüstü buludu 55 kilometr hündürlüyə qalxıb

Keçən həftə Tonqada baş verən vulkan püskürməsini araşdıran ingilis alimlər, partlayış nəticəsində ortaya çıxan tüstü buludunun yerdən 55 kilometr yüksəkliyə qalxdığını, tüstü buludunun isə kosmosa yarı yolda olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Sakit Okeanın cənubundakı Tonqa ada ölkəsində sualtı vulkan püskürməsindən sonra yaranan tüstü buludunun yerdən kilometrlərlə yüksəkliyə qalxdığı bildirilib. Peyk məlumatlarını araşdıran ingilis alimləri tüstü buludunun yerdən təxminən 55 kilometr yüksəkliyə qalxdığını bildirərək bu yüksəkliyin atmosferdəki stratosfer və mezosfer təbəqələrinin sərhəddində olduğunu bildiriblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...