Honduras Konqresində dava düşüb

Hondurasın yeni prezidenti Xiomara Kastronun partiyası olan Yenidənqurma Partiyasının (LIBRE) bəzi üzvləri Konqres prezidentinin and içməsi zamanı kürsüyə qalxanda qarşıdurmalar baş verib. SİA xarici mətbuata istinadən bildirir ki, Honduras Konqresində andiçmə mərasimi zamanı gərginlik artıb.

Prezident Xiomara Kastronun partiyası olan Yenidənqurma Partiyasının (LIBRE) bəzi üzvlərinin təyin olunmuş namizəd əvəzinə fərqli namizədə səs verməsi hadisələri alovlandırıb. And üçün minbərdə olanlar Kaliksi qorumaq üçün şəffaf qalxanlardan istifadə edirdilər. Lakin gərginlik getdikcə artıb və tribunada dava düşüb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...