Karnaval təxirə salınıb OMİCRON SƏBƏBİYLƏ

Braziliyanın Rio-de-Janeyro və San-Paulu şəhərlərində omikron ştammının sürətlə yayılması səbəbindən ənənəvi karnaval təxirə salınıb. SİA xəbər verir ki, bu barədə CNA məlumat yayıb.

Məlumata görə, tədbir fevralda keçirilməli idi, lakin indi apreldə keçirilməsi planlaşdırılır.

Rio-de-Janeyronun Səhiyyə Departamentinin rəhbəri Daniel Soranzın sözlərinə görə, şəhərdəki sanitar vəziyyət planlaşdırılan tarixdə kütləvi tədbir keçirməyə imkan vermir.

Xatırladaq ki, son 7 gündə Braziliyada hər gün orta hesabla 120 min yeni yoluxma halı aşkarlanıb. Ölkə 20 milyondan çox koronavirusa yoluxan ölkələrin siyahısında üçüncü yerdədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə